Əsas səhifə » Türkiyənin yeni enerji müqavilələri Yunanıstanı narahat edir

Türkiyənin yeni enerji müqavilələri Yunanıstanı narahat edir

BAKI, AzerVoice

Türkiyə, Bolqarıstan və Liviyada yeni enerji müqavilələri imzalaması Yunanıstanı narahat edir.

AzerVoice xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyənin Bolqarıstan dənizində enerji sahəsində müqavilə imzalayacağını və Liviyada yeni neft və qaz müqavilələrinin tezliklə açıqlanacağını bildirib.

Bayraktar həmçinin, Türkmənistanın qaz və neft yataqları ilə bağlı araşdırma aparıldığını və yaxın zamanda Liviyada yeni razılaşmaların ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb.

Türkiyənin neft və qaz kəşfiyyatı və hasilatı sahəsindəki fəaliyyətlərinin genişlənməsi, xüsusilə Macarıstan, Bolqarıstan, Pakistan və Somaliya ilə yeni müqavilələr imzalaması, regiondakı enerji bazarına təsir edəcək. Yunanıstan isə Türkiyənin Liviyada əldə etdiyi enerji sazişini "qanunsuz" və beynəlxalq hüquqa zidd olaraq xarakterizə edir, bu da bölgədəki strateji tarazlığı dəyişə bilər.

Qeyd edək ki, Yunanıstanın bu reaksiya verməsi, Türkiyənin Aralıq dənizindəki enerji ehtiyatları üzərindəki mövqeyini gücləndirməsi ilə əlaqədardır. Bayraktar, gələn aylarda LNG sahəsində əməkdaşlığın daha da artacağını və Türkiyənin enerji siyasətində idxalı azaltmaq üçün strateji addımlar atacağını qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice