Əsas səhifə » Bayraktar və Mauritiuslu həmkarı ilə əməkdaşlığını müzakirə edib

Bayraktar və Mauritiuslu həmkarı ilə əməkdaşlığını müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Mauritiusun Enerji və İctimai Xidmətlər naziri Patrik Jerve Assirvaden ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Bayraktar X sosial media hesabında paylaşım edib.

“Mauritius Enerji və İctimai Xidmətlər naziri cənab Patrik Jerve Assirvaden ilə Nazirliyimizdə bir araya gəldik. Görüşdə Mauritiusun enerji təchizatı təhlükəsizliyinə göstərə biləcəyimiz dəstəyi və mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik”- deyə paylaşımda qeyd olunub.

Görüşdə iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığın qurulması, texnologiya transferi və bərpa olunan enerji layihələri kimi məsələlərin gündəmdə olduğu bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice