Əsas səhifə » Türkiyə və Əlcəzair XİN - ləri regional məsələləri müzakirə edib

Türkiyə və Əlcəzair XİN - ləri regional məsələləri müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb. Nazir Fidanın bu gün prezident Əbdülməcid Tebbun tərəfindən də qəbul ediləcəyi gözlənilir.

AzerVoice xəbər verir ki, Hakan Fidan dünən getdiyi Əlcəzairdə təmaslarını davam etdirir.

Nazir Fidan bu gün təmasları çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

Görüş zamanı qlobal və regional məsələlər müzakirə olunub. Təmasları çərçivəsində nazir Fidan Əlcəzairli həmkarı Əhməd Attaf ilə birlikdə Türkiyə-Əlcəzair Birgə Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısına həmsədrlik edəcək.

Səfəri münasibətilə dünən Türkiyənin Orandakı Baş Konsulluğunu rəsmi olaraq açan nazir Fidanın bu gün prezident Əbdülməcid Tebbun tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, son görüş Yohannesburqda keçirilib. Xarici işlər naziri Hakan Fidan 21 fevral 2025-ci ildə Yohannesburqda keçirilən G-20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Əlcəzairli həmkarı ilə ikitərəfli görüş keçirdi; 11-13 aprel 2025-ci il tarixlərində keçirilən 4-cü Antalya Diplomatiya Forumunda Əlcəzairin xarici işlər naziri Attaf da iştirak edib.

Digər Kateqoriyalar

2025 © Azervoice