BAKI, AzerVoice
Türkiyədə Kahramanmaraşın Afşin rayonunda 3,5 bal gücündə zəlzələ baş verib
AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yanında Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) Kahramanmaraşın Afşin rayonunda bu gün yerli vaxtla saat 10:42-də 3,5 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Zəlzələnin ocağı yerin 6,13 kilometr dərinliyində qeydə alınıb. Hadisə ilə bağlı hələlik hər hansı bir dağıntı və ya xəsarət barədə məlumat verilməyib.
Qeyd edək ki, Kahramanmaraş regionu Türkiyənin ən aktiv seysmik zonalarından biri hesab olunur. Xüsusilə 2023-cü ilin fevral ayında bölgədə baş verən dağıdıcı zəlzələlər Türkiyə tarixinin ən dağıdıcı və ölümcül fəlakətlərindən biri hesab edilir. Rəsmi məlumatlara görə, mərkəzi Kahramanmaraş və Hatay olan iki zəlzələ zamanı 53 mindən çox insan həyatını itirib. Ciddi dağıntılar və xəsarətə səbəb olan səbəb olan zəlzələlər 13 milyon insanın həyatına birbaşa təsir edib.
— AFAD Deprem (@DepremDairesi) April 21, 2025
Büyüklük:3.5 (Mw)
Yer:Afşin (Kahramanmaraş)
Tarih:2025-04-21
Saat:10:24:42 TSİ
Enlem:38.29 N
Boylam:37.04167 E
Derinlik:6.13 km
Detay:https://t.co/toyOkYwsrR@afadbaskanlik @trthaber @anadoluajansi