BAKI, AzerVoice
Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A, bu gün keçiriləcək rəsmi mərasimlə fəaliyyətə başlayır.
AzerVoice xəbər verir ki, açılış tədbirində Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Mərasim Türksat şirkətinin Ankaranın Gölbaşı bölgəsində yerləşən kompleksində təşkil olunacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu çıxışında bildirib ki, Türksat 6A-nın istifadəyə verilməsi ilə Türkiyənin peyklərlə əhatə dairəsi 3,5 milyard insandan 5 milyard insana qədər genişlənəcək.
Onun sözlərinə görə, Türksat-ın xidmət sahəsi artıq Hindistan, Tailand, Malayziya və İndoneziyanı da əhatə edəcək.
Nazir əlavə edib ki, Türksat 6A peyki, şirkətin təxminən 20 illik yerli istehsal səylərinin nəticəsi olaraq ərsəyə gəlib. Peykdə yüzdə 80-dən çox yerli istehsal olmaqla 84 yerli avadanlıq istifadə olunub.
Qeyd edək ki, Türksat 6A peyki 9 iyul 2023-cü ildə orbitə buraxılıb, 23 oktyabrda sınaq mərhələsinə daxil olub və 17 fevralda ilk test yayımına başlayıb. Peykin 15 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulur.