Əsas səhifə » Türkiyədə narkotiklə bağlı aparılan əməliyyatlarda həbs sayısı artıb

Türkiyədə narkotiklə bağlı aparılan əməliyyatlarda həbs sayısı artıb

BAKI, AzerVoice

Türkiyədə narkotikə qarşı keçirilən əməliyyat çərçivəsində, həbs olunanların sayı artıb.

AzerVoice xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu tərəfindən məlumat verilib.

Prokurorluğun verdiyi açıqlamada, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aprelin 17-dən etibarən Ankara başda olmaqla dörd şəhərdə eyni anda əməliyyatlar həyata keçirildiyi bildirilib. Uzun müddətdir planlı və koordinasiyalı şəkildə aparılan istintaq çərçivəsində, 90 şübhəli həbs olunub. Araşdırmalar nəticəsində isə ümumilikdə 119 nəfər şübhəli müəyyən edilib və barələrində həbs qərarı çıxarılıb.

Əməliyyat çərçivəsində indiyədək 94 şübhəli yaxalanıb. Qalan dörd nəfər barəsində isə xaricə çıxış qadağası və müntəzəm nəzarət tədbirləri tətbiq olunub.

Hazırda 11 nəfər şübhəli digər cinayətlər üzrə artıq məhkum edilmiş şəkildə cəzaçəkmə müəssisələrində saxlanılır. Əməliyyatdan yayınan digər firari şəxslərin axtarışı Ankara Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən davam etdirilir.

Baş Prokurorluq qeyd edib ki, istintaq bir baş prokuror müavini və dörd prokurorun nəzarəti altında hərtərəfli davam etdirilir. İstintaqın gedişatı və nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice