11
BAKI, AzerVoice
Egey dənizində bu gün yerli vaxtla saat 11:32-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.