Əsas səhifə » Çanaqqala boğazında gəmilərin hərəkətinə məhdudiyyət qoyulub

Çanaqqala boğazında gəmilərin hərəkətinə məhdudiyyət qoyulub

BAKI, AzerVoice

Çanaqqala Boğazında bu gün səhər saatlarında duman səbəbilə dənizdə görmə məsafəsi azalıb və bunun nəticəsində gəmilərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

AzerVoice xəbər verir ki, Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri İdarəsi tərəfindən şimal və cənub istiqamətində hərəkətdə olan gəmilərin kapitanlarına radio elanla yerli vaxtla saat 08:00-dan etibarən boğazın hər iki istiqamət üzrə tranzit keçidlərə bağlandığı bildirilib.

Dumanın təsirini itirməsindən sonra gəmi hərəkətinin yenidən bərpa olunacağı gözlənilir.

Digər tərəfdən, Boğaz və adalar xəttindəki sərnişin bərələri isə normal qrafik üzrə fəaliyyətini davam etdirir.

Lakin bu gün keçiriləcək “Çanaqqala Saucony Troya Yarı Marafonu” səbəbilə Çanaqqala Boğaz xəttində yerləşən Çanaqqala–Eceabat və Çanaqqala–Kilitbahir reysləri 09:30–13:30 saatları arasında həyata keçirilməyəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice