Əsas səhifə » Türkiyədə beş mərtəbəli bina yanıb

Türkiyədə beş mərtəbəli bina yanıb

BAKI, AzerVoice

Türkiyənin paytaxtı İstanbulda beş mərtəbəli binada yanğın baş verib.

AzerVoice-un məlumatına görə, yanğın yerli vaxtla saat 17:00 radələrində binanın damında baş verib. Yanğın qısa müddətdə böyüyərək yan binanın damına da sıçrayıb. Yanğının səbəbi hələ ki məlum deyil.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları, alovları nəzarət altına almaq üçün dərhal müdaxiləyə başlayıb. Ətraf rayonlardan cəlb edilən əlavə yanğınsöndürənlərin də iştirakı ilə yanğın tamamilə söndürülüb və nəzarət altına alınıb.

Hadisə nəticəsində hər iki binanın damında böyük həcmdə maddi ziyan meydana gəlib. Yanğın zamanı hər hansı insan itkisi və ya xəsarət barədə məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice