Əsas səhifə » Fələstinə Dəstək Qrupu toplantısı Ərdoğanın iştirakı ilə başlayıb

Fələstinə Dəstək Qrupu toplantısı Ərdoğanın iştirakı ilə başlayıb

BAKI, AzerVoice

Fələstinə beynəlxalq parlament dəstəyi Türkiyədə rəsmi formatda ilk dəfə təşkil olunub

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə İstanbulda keçirilən Fələstinə Dəstək Parlament Qrupu toplantısı prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə işə başlayıb.

Conrad otelində baş tutan görüşdə Fələstin, Qətər, BƏƏ, Pakistan, Malayziya, İndoneziya, Seneqal, İordaniya, Bəhreyn, Əlcəzair, Azərbaycan və Misirdən yüksək səviyyəli nümayəndələr iştirak edirlər. Toplantı çərçivəsində parlament rəhbərləri çıxışlar edəcək, ikitərəfli görüşlər keçirəcəklər.

Qeyd edək ki, iclasın sonunda iştirakçı ölkələrin parlamentləri tərəfindən ortaq bəyannamənin qəbul olunması nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice