Əsas səhifə » Numan Kurtulmuş BƏƏ Milli Şurasının sədri ilə görüşüb

Numan Kurtulmuş BƏƏ Milli Şurasının sədri ilə görüşüb

BAKI,AzerVoice

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Fələstini Dəstəkləyən Parlamentlər Qrupu toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Səqr Qobaş ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, Conrad Oteldə baş tutan görüşdə Kurtulmuş bildirib ki, Fələstini Dəstəkləyən Parlamentlər Qrupu bu gün yeni bir başlanğıcla beynəlxalq arenada yerini almağa başlayacaq.

Kurtulmuş qeyd edib ki, İsrailin başda Qəzza olmaqla Fələstin torpaqlarına qarşı hücumlarına qarşı beynəlxalq reaksiyalar, eləcə də Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrail əleyhinə verilən qərarlar həm İsrail, həm də Fələstin məsələsində yeni bir dövrün başlanğıcını qoyur.

O əlavə edib ki, bundan sonra Fələstin uğrunda uzun illər davam edəcək ciddi və səbirli bir siyasi mübarizə başlayacaq.

TBMM sədri vurğulayıb ki, Fələstin məsələsinin bütün bəşəriyyətin ortaq davasına çevrilməsi üçün səylər göstərmək əsas məqsəddir və BMT-də Fələstin dövlətinin varlığını rəsmi olaraq tanıyan bütün ölkələrin Fələstini Dəstəkləyən Parlamentlər Qrupu təşəbbüsündə fəal iştirak etməsi üçün mübarizə aparmaq lazımdır.

Kurtulmuş, İslam dünyasının ən mühüm ölkələrindən biri olan BƏƏ-nin bu beynəlxalq təşəbbüsə böyük töhfələr verəcəyinə inandığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice