12
BAKI, AzerVoice
Türkiyə ilə Bosniya və Herseqovina arasında infrastruktur sazişi təsdiqlənib
AzerVoice xəbər verir ki, Türkiyə ilə Bosniya və Herseqovina arasında infrastruktur və tikinti layihələri üzrə əməkdaşlıq sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.
Saziş 16 mart 2021-ci il tarixində Ankarada imzalanıb və tikinti, nəqliyyat və infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığı təşviq edir.
Qeyd edək ki, bu əməkdaşlıq qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında, tərəflərin yerli, regional və milli layihələrdə iştirakını və inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.