Əsas səhifə » Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyənin Adana vilayətində daha əvvəl İŞİD terror təşkilatı adından fəaliyyət göstərdiyi və sosial şəbəkələrdə təşkilatı tərifləyən paylaşımlar etdiyi müəyyən olunan altı şübhəli şəxs saxlanılıb.

AzerVoice xəbər verir ki, Adana Vilayəti Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları keçmişdə Suriya və İraqda İŞİD adından fəaliyyət göstərmiş və sosial mediada terror təşkilatını tərifləyən paylaşımlar edən şəxsləri müəyyənləşdirib.

Şübhəlilər haqqında həbs qərarı çıxarıldıqdan sonra, təyin olunmuş ünvanlara eyni anda əməliyyatlar keçirilib.

Əməliyyat nəticəsində iki Türkiyə vətəndaşı ilə yanaşı, Suriya və İraq vətəndaşları olan dörd nəfər saxlanılıb. Ünvanlarda aparılan axtarış zamanı rəqəmsal materiallar və qeyri-qanuni tapança aşkarlanaraq müsadirə olunub.

Şübhəlilər polis idarəsinə aparılıb, hal-hazırda onların istintaqı davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice