Əsas səhifə » Türkiyə öz yerli peykini orbitə çıxaracaq

Türkiyə öz yerli peykini orbitə çıxaracaq

BAKI, AzerVoice

Türkiyə ilk dəfə öz peykini milli sistemlərlə orbitə çıxarmağa hazırlaşır

AzerVoice xəbər verir ki, Türkiyənin TAI və Delta-V şirkətləri arasında imzalanmış son müqavilə, ölkənin kosmos sahəsindəki milli imkanlarını genişləndirmək baxımından əhəmiyyətli addım hesab olunur.

Razılaşmaya əsasən, yüksək ayırdetmə qabiliyyətli elektro-optik faydalı yükə sahib mikropeyk, Delta-V tərəfindən hazırlanmış yerli buraxılış sistemi ilə kosmosa göndəriləcək.

Bu layihə ilə Türkiyə ilk dəfə öz peykini öz raket texnologiyası ilə orbitə çıxarmağa nail olacaq. Müdafiə sənayesi mütəxəssisi Yusuf Akbaba bildirir ki, bu sahədə yalnız Delta-V deyil, eyni zamanda ROKETSAN və BAYKAR da paralel şəkildə fəaliyyət göstərir. O qeyd edir ki, beynəlxalq münasibətlərdəki gərgin fon nəzərə alındıqda, bu cür kritik texnologiyalarda xarici ölkələrə arxalanmaq məntiqli deyil.

Qeyd edək ki, kosmosa öz raketləri ilə peyk göndərə bilən ölkələrin sayı çox azdır və bu texnologiyaya sahib olmaq strateji üstünlük sayılır. Türkiyənin bu istiqamətdəki irəliləyişi həm texnoloji müstəqillik, həm də hərbi qabiliyyətlərin inkişafı baxımından mühüm mərhələdir.

Ekspertlərin fikrincə, bu cür texnologiyalar gələcəkdə xüsusilə uzaqmənzilli ballistik raket sistemləri və müdafiə sənayesi üçün geniş imkanlar açacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice