BAKI, AzerVoice
Suriyanın və İraqın şimalına həyata keçirdiyimiz hərbi əməliyyatlarla terroru mənbəyində yox etmək nöqtəsinə gəldik.
AzerVoice xəbər verir ki, sözləri Rəcəb Tayyib Ərdoğan canlı yayımlanan mərasimdə çıxışı zamanı səsləndirib.
“Aparılan uğurlu əməliyyatlarla terror təşkilatının Türkiyədəki varlığı təsirsiz hala gətirildi. Suriya və İraqın şimalına yönələn hərbi əməliyyatlarımızla terroru mənbəyində yox etmək mərhələsinə gəldik. Nəticə əldə edənə qədər eyni iradəni qorumaqda qərarlıyıq. Terror bəlasından tamamilə qurtulacaq, yeni bir səhifə açacağıq” – deyə Ərdoğan vurğulayıb.
Ərdoğan əlavə edib ki, dövlətin təhlükəsizliyinə yönəlmiş hər cür təhdidə qarşı mübarizə qətiyyətlə və fasiləsiz şəkildə davam edəcək və terrorun kökü tam kəsilənədək əməliyyatlar eyni əzmlə sürəcək.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.
"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.
Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib