BAKI, AzerVoice
Türkiyə ilə Zambiya arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq protokolu rəsmiləşib.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə 2018-ci ilin 28 iyul tarixində Lusakada imzalanan “Türkiyə Respublikası Hökuməti ilə Zambiya Respublikası Hökuməti arasında Hüquq-mühafizə orqanlarının təhsili üzrə Əməkdaşlıq Protokolu”nun təsdiqi Rəsmi Qəzetdə dərc olunub.
Müqaviləyə əsasən, tərəflər hüquq-mühafizə orqanlarının təhsili
sahəsində əməkdaşlıq edəcək, elmi-texniki biliklərin ötürülməsi,
təlim proqramlarının təşkili, qarşılıqlı ekspert mübadiləsi və
digər sahələrdə birgə fəaliyyət göstərəcəklər.
Sənəd iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin
gücləndirilməsini hədəfləyir.