Əsas səhifə » Yılmaz Tunç ilə İmralı heyətinin görüşü təxirə salındı

Yılmaz Tunç ilə İmralı heyətinin görüşü təxirə salındı

BAKI, AzerVoice

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç ilə İmralı Heyəti arasında sabah keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.

AzerVoice xəbər verir ki, görüş Sırrı Süreyya Öndərin səhhətindəki problem səbəbindən təxirə salınıb.

Bu barədə məlumatı DEM Partiyası verib.

Ədliyyə Nazirliyi daha öncə açıqlayıb ki, nazir Tunç, DEM Partiyası heyəti ilə cümə günü görüş keçirəcək.

Lakin partiyanın yaydığı yazılı açıqlamada, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və İstanbul millət vəkili Sırrı Süreyya Önderin səhhəti ilə əlaqədar bu görüşün daha sonrakı tarixə keçirildiyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice