Əsas səhifə » Türkiyə tarixində narkotikə qarşı ən genişmiqyaslı əməliyyat keçirilib

Türkiyə tarixində narkotikə qarşı ən genişmiqyaslı əməliyyat keçirilib

BAKI,AzerVoice

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, narkotik satıcılarına qarşı keçirilən "NARKOKAPAN–ANKARA" əməliyyatı çərçivəsində 525 küçə satıcısının saxlanıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Yerlikaya X sosial media hesabında paylaşım edib.

Bildirilib ki, bu əməliyyatın əsas hədəfi xüsusilə gənclərə zərər verən, narkotik satıcıları olub.

"Bu şəxslər məhəllələrdə, küçə aralarında narkotik vasitələrin satışını həyata keçirirdilər. Əməliyyatımızın hazırlıq mərhələsi tam 6 ay davam etdi"- deyə nazir vurğulayıb.

Nazir bildirib ki, sahə işləri və təhlillər böyük dəqiqliklə aparılıb, şübhəlilər həm texniki, həm də fiziki üsullarla izlənib.

"Səhər saatlarında başlanan və Ankarada həyata keçirilən bu əməliyyat Cümhuriyyət tariximizin ən böyük narkotik əməliyyatıdır. Əməliyyatda 4768 polis, 1461 qrup, 40 xüsusi təlim keçmiş detektor it, 4 pilotsuz uçuş aparatı (PUA) və hava dəstəyi qüvvələri iştirak edib"- deyə paylaşımda qeyd olunub.

Yerlikaya əməliyyata qatılan bütün əməkdaşları təbrik edib və bildirib ki, narkotik insanlığın ən böyük düşmənidir. Bu səbəbdən də zəhər tacirlərinə qarşı mübarizə qətiyyətlə davam edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice