BAKI,AzerVoice
Ankara Apellyasiya Məhkəməsi, CHP sədri Özgür Özəlin Çağlayan Ədliyyəsi qarşısında etdiyi çıxışda Rəcəb Tayyib Ərdoğanın şəxsi hüquqlarını pozduğu əsasına dayanaraq, mənəvi təzminat ödənməsi qərarını hüquqa uyğun hesab edib.
AzerVoice xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın X sosial media hesabında paylaşım edib.
O, açıqlamasında, Özəlin Ərdoğana 75 min lirə məbləğində təzminat ödəyəcəyini bildirib.
“26.04.2022 tarixində Çağlayan Ədliyyəsi qarşısında etdiyi çıxışında cənab Prezidentimizi məhkəmə müstəqilliyini ləğv etmək kimi əsassız ittihamlarla günahlandırdığına görə, CHP sədri Özgür Özəl əleyhinə Ankara Apellyasiya Məhkəməsinin 25-ci Mülki Hüquq Kollegiyası tərəfindən 75 min lirə mənəvi təzminat qərarı çıxarılmışdır”- deyə o bildirib.