Əsas səhifə » İraqla Türkiyə arasında sənaye əməkdaşlığı gücləndirilir

İraqla Türkiyə arasında sənaye əməkdaşlığı gücləndirilir

BAKI, AzerVoice

İnkişaf Yolu Layihəsi üzrə yeni mərhələ- Logistik infrastruktur formalaşdırılır, sənaye əməkdaşlığı gündəmdədir.

AzerVoice xəbər verir ki, Körfəzdən Avropaya uzanacaq və “yeni İpək Yolu” kimi təqdim edilən İnkişaf Yolu Layihəsində texniki təhlillərdən sonra həm logistik infrastrukturun qurulması, həm də sənaye sahəsində mühüm əməkdaşlıq müqavilələrinin imzalanacağı gözlənilir.

Layihə çərçivəsində Bəsrədən Ovaköyə qədər inşa olunacaq obyektlərin böyük hissəsinin türk şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ticarət naziri Ömər Bolatın iştirakı ilə aparılan danışıqlardan sonra konkret addımlar atılmağa başlanılıb. Ticarət Nazirliyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) texniki təhlillər əsasında İraqla birgə logistik mərkəzlər, dayanacaqlar, otellər və xidmət obyektlərinin planlaşdırılması üzərində işləyir.

Qeyd edək ki, sənaye kooperasiyası sahəsində də yeni investisiya imkanlarının yaradılması hədəflənir. Batmış tunel və yol layihələrindən sonra İraq ərazisində tikinti və xidmətlərdə əsas yükü türk şirkətlərinin daşıyacağı gözlənilir. Mosul, Bağdad və Bəsrədə tikinti layihələrinin mədəni və coğrafi yaxınlıq səbəbilə Türkiyəyə həvalə olunması üçün İraq hökumətinə məktub təqdim olunub. Əməkdaşlığı asanlaşdırmaq üçün türk podratçılar üçün viza rejiminin sadələşdirilməsi də gündəmdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice