BAKI,AzerVoice
Türkiyədə Mossad-a casusluq edən 6 şəxsə ümumilikdə 98 il həbs cəzası verilib
AzerVoice xəbər verir ki, İstanbul
23-cü Ağır Cəza Məhkəməsində Mossad adına casusluq fəaliyyəti
göstərdiyi müəyyən edilən 7 nəfərin məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin qərarına əsasən, onlardan altısı ümumilikdə 98 il 7 ay
15 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Ahmet Ersin Tumlucalı 18 il 9 ay, Benan Tumlucalı 16 il 8 ay, Cem Özcan, Özkan Arıcan, Füzuli Şimşək və Dila Sultan Şimşək isə hər biri 15 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum olunublar. Dörd müttəhim məhkəmə zalında həbs olunub. Təqsirləndirilən Nejdet Majoli isə sübut çatışmazlığı səbəbilə bəraət alıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Onlayn Əməliyyatlar Mərkəzinin (İÇOM) İsrail xidmət bölməsi adından fəaliyyət göstərməkdə və İsrail kəşfiyyatının hədəfində olan şəxslərə aid məlumatların toplanması, onların fotoşəkillərinin çəkilməsi və ünvanlarının öyrənilməsi kimi fəaliyyətlərdə ittiham olunublar.