Əsas səhifə » Ərdoğanın iştirakı ilə Antalya Hava Limanında tarixi açılış

Ərdoğanın iştirakı ilə Antalya Hava Limanında tarixi açılış

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Hava Limanının yeni terminallarının açılışını edəcək

AzerVoice xəbər verir ki, Ərdoğan bu gün Antalya Hava Limanında yeni daxili və xarici terminal binalarının rəsmi açılış mərasimində iştirak edəcək.

Türkiyə Prezidentliyinin sosial media hesablarında yayılan məlumatda bildirilir ki, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilmiş bu layihə sərnişin zəmanəti olmadan reallaşdırılıb. Yeni terminalların istifadəyə verilməsi ilə hava limanının illik sərnişin tutumu 35 milyondan 82 milyona yüksələcək.

Qeyd edək ki, Antalya Hava Limanı, Türkiyənin turizm baxımından ən sıx istifadə olunan hava qapılarından biri sayılır və yeni terminallar bölgənin hava nəqliyyatına ciddi töhfə verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice