Əsas səhifə » Ərdoğanın diplomatiyası və iqtisadi baxışı İsveçrə mətbuatında

Ərdoğanın diplomatiyası və iqtisadi baxışı İsveçrə mətbuatında

BAKI, AzerVoice

Die Weltwoche jurnalı Ərdoğanı "Türkiyənin böyük yeniləyicisi" kimi təqdim edib

AzerVoice xəbər verir ki, İsveçrənin nüfuzlu “Die Weltwoche” jurnalı Prezident Rəcəb Tayyib Ərdoğan haqqında “Böyük Ərdoğan” başlıqlı məqalə dərc edib.

Məqalədə Ərdoğanın liderlik vizyonu, diplomatik bacarıqları və Türkiyədə həyata keçirdiyi transformasiyalar yüksək qiymətləndirilib.

Frensis Pik imzalı təhlildə Prezident Ərdoğanın eyni anda güc, iman, iqtisadiyyat və diplomatiya kimi sahələri idarə edə bilməsi xüsusi vurğulanıb. O, Fatih Sultan Mehmet və Mustafa Kamal Atatürk kimi tarixi liderlərlə eyni sırada xatırlanacaq şəxsiyyət kimi təqdim olunub.

Məqalədə Türkiyənin geosiyasi mövqeyinə toxunularaq, Ərdoğanın "Türkiyə Avropanın Şərqə, Şərqin isə Avropaya açılan qapısıdır" ifadəsinə istinad edilib. NATO-nun ən böyük ordusuna malik olan Türkiyənin Avropanın təhlükəsizliyi baxımından əvəzolunmaz rola sahib olduğu bildirilib.

Ərdoğanın iqtisadiyyatda əldə etdiyi nailiyyətlər də xüsusi qeyd olunub – 2002-ci ildə 12,5 milyon olan turist sayının 2024-cü ildə 62,2 milyona çatması, İstanbul Hava Limanının Avropanın ikinci ən böyüyünə çevrilməsi və Türk Hava Yollarının dünyanın ən gəlirli hava yolu şirkətlərindən biri olması bu çərçivədə təqdim olunub.

Müdafiə sənayesindəki irəliləyişlərə də diqqət yetirən jurnal, Baykar tərəfindən istehsal olunan PUA-ların beynəlxalq bazarda gördüyü marağı nümunə göstərib.

Digər Kateqoriyalar

2025 © Azervoice