BAKI, AzerVoice
Suriyada 14 ildir davam edən toqquşmaların və qeyri-sabitliyin yükünü ən çox çəkən, bunun bədəlini ödəyən ölkələrdən biriyik.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatiya Forumunun Rəsmi Açılış Mərasimində çıxış edib.
O, açıqlamasında Suriyalıların artıq acıya, zülmə və müharibəyə doymuş olduğu, onlara eyni ağrıları təkrar yaşatmaq niyyətində olanların addımlarını buna uyğun ölçüb-biçməli olduqlarını qeyd edib.
"Sakitliyimizi, səbrimizi və dialoqa üstünlük verən mövqeyimizi heç kim yanlış anlamamalı, bunu zəiflik kimi dəyərləndirməməlidir" – deyə Ərdoğan vurğulayıb.
Ərdoğan həmçinin, bu anlayış birliyi, milli təhlükəsizlik planlamaları və Suriya hökuməti ilə olan razılaşmalar çərçivəsində bütün zəruri addımların qətiyyətlə atılacağını bildirib.
“Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunması məsələsində cənab Tramp və cənab Putin başda olmaqla bölgədə nüfuz sahibi olan bütün tərəflərlə anlayış birliyi içindəyik və daim yaxın təmasdayıq”- deyə Türkiyə prezidenti vurğulayıb.