Əsas səhifə » Türkiyə hava yük daşımalarında qlobal rəqabətə hazırdır

Türkiyə hava yük daşımalarında qlobal rəqabətə hazırdır

BAKI,AzerVoice

İstanbul Hava Limanının məqsədi hava yüklərinin dünya üzrə paylama mərkəzi olmaqdır

AzerVoice xəbər verir ki, Mülki Aviasiya Baş Direktoru Kemal Yüksek, İstanbul Hava Limanının hava yük daşımalarında dünya üzrə paylama mərkəzinə çevrilmək məqsədini güddüyünü açıqlayıb.

Yüksek, əvvəlki illərdə təxminən 2,4 milyon ton olan hava yük daşımalarının 2,7 milyon tona yüksəldiyini və İstanbul Hava Limanının bu sahədə sürətlə böyüdüyünü bildirib. İstanbul, coğrafi mövqeyinə görə, tranzit bölgə olaraq bu yük daşımalarını effektiv şəkildə dəstəkləməkdə və sürətlə böyüyən paylama mərkəzi olma yolunda irəliləyir.

Kemal Yüksek, Antalya'da təşkil edilən ICAO Qlobal Hava Yük Sammitində etdiyi çıxışında, hava yük daşımalarının təhlükəsizlik məsələləri ilə bağlı ciddi əhəmiyyət kəsb etdiyini və İstanbul Hava Limanının bu sahədə güclü bir oyunçu olmağa davam edəcəyini vurğulayıb.. O, xüsusilə qiymətli məhsulların və sağlamlıq məhsullarının hava yolu ilə daşınmasının əvəzolunmaz olduğunu qeyd edib.

Yüksek, İstanbul Hava Limanını həmçinin Türkiyənin yük daşımaları və anbarlar sahəsindəki əsas dayağı olaraq inkişaf etdirməyi hədəflədiklərini, həmçinin yeni donanma genişlənməsi üçün addımlar atacaqlarını bildirib. Bununla yanaşı, Türk mülki aviasiyasının dayanıqlı və texnologiya mərkəzli bir sektora çevrilməsi məqsədilə ciddi addımlar atılacağını da qeyd edib.

Qeyd edək ki, İstanbul Hava Limanının dünya aviasiya bazarında daha güclü bir mövqe əldə etməsi məqsədilə Türkiyə, digər ölkələrlə bağladığı müqavilələri genişləndirməyi və yük tezliklərini artırmağı hədəfləyir. Bu istiqamətdə atılacaq addımlar, İstanbulun Yaxın Şərq, Asiya və Avropa arasında mühüm bir distribütorluq mərkəzinə çevrilməsini təmin edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice