Əsas səhifə » İstanbulda Qəzzaya dəstək aksiyası

İstanbulda Qəzzaya dəstək aksiyası

BAKI, AzerVoice

Qəzzaya dəstək aksiyaları yenidən başlayır- İstanbulda genişmiqyaslı yürüş keçiriləcək

AzerVoice xəbər verir ki, İsrailin Qəzzada mülki insanlara qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlara etiraz olaraq, bu bazar günü İstanbulda İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfinin təşkilatçılığı ilə genişmiqyaslı yürüş keçiriləcək.

Aksiya Bəyazıtdan başlayaraq Ayasofya meydanına qədər davam edəcək.

İHH sədri Bülənt Yıldırım mətbuat konfransında bildirib ki, Qəzzada həyatını itirənlərin sayı 50 mini keçib, infrastruktur dağıdılıb, xəstəxanalar, məktəblər və yaşayış binaları yerlə-yeksan olunub. Onun sözlərinə görə, beynəlxalq güclər İsrailin həyata keçirdiyi soyqırıma səssiz qalır.

Yıldırım Qəzza xalqının Rəfah şəhərində bombalanan ərazilərdən sürgün edildiyini, Misirin sərhəd bölgəsində insanları çətin şəraitli “humanitar düşərgələrə” yönləndirmək planlarının həyata keçirildiyini qeyd edib.

O, həmçinin bildirib ki, Qəzzadakı vəziyyət nadir rast gəlinən bir “xalq müharibəsi”dir və nə Trampın, nə də ondan çəkinən liderlərin sözü burada keçərli deyil.

Qeyd edək ki, 13 aprel tarixində keçiriləcək yürüş Türkiyədə və dünyanın müxtəlif yerlərində İsrailə qarşı etiraz aksiyalarının yenidən canlanacağının göstəricisi kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice