Əsas səhifə » İndoneziya Türkiyənin KAAN layihəsində iştirak etmək istəyir

İndoneziya Türkiyənin KAAN layihəsində iştirak etmək istəyir

BAKI, AzerVoice

İndoneziya Türkiyənin KAAN milli döyüş təyyarəsi layihəsində yer almaq istəyir.

AzerVoice xəbər verir ki, bu barədə İndoneziya prezidenti Prabovo Subiantonun verdiyi açıqlamada deyilir.

“Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi KAAN layihəsində yer almaq istəyirik. Həmçinin gəmi layihələrində də iştirak etmək istəyirik. Türkiyənin müdafiə sənayesindən faydalanmaq istəyirik” - deyə o qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxış edən Subianto, Türkiyə ilə birlikdə qlobal cənubun liderləri və strateji tərəfdaşlar olaraq yeni bir qlobal nizam yaratma məsuliyyətini daşıdıqlarını vurğulayıb.

İndoneziya prezidenti, Türkiyəyə olan heyranlığını xüsusi vurğulayıb.

“Burada çox şey öyrənirəm. Türkiyə bizim üçün Osmanlı imperiyasının davamçısıdır və doğrudan da həm bizim, həm də İndoneziya xalqı üçün ilham mənbəyidir” - deyə, o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice