Əsas səhifə » Ankarada mədən ocağında uçqun baş verib

Ankarada mədən ocağında uçqun baş verib

BAKI,AzerVoice

Ankaranın Beypazarı rayonunda yerləşən kömür mədənində baş verən uçqun nəticəsində 1-i ağır olmaqla 13 işçi yaralanıb.

AzerVoice xəbər verir ki, hadisə səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal avadanlıqlarının yerləşdiyi sahədə baş verib.

Uçqun zamanı avadanlıqların yaxınlığında işləyən işçilərdən 13-ü təzyiqin təsirindən xəsarət alıb.

Yaralılar dərhal Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan 2-si vəziyyətlərinin ağırlığı səbəbilə Ankaraya göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice