Əsas səhifə » Türkiyənin 27 əyalətində kibercinayətə qarşı əməliyyat keçirilib

Türkiyənin 27 əyalətində kibercinayətə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə kibercinayətkarlığa qarşı genişmiqyaslı əməliyyatda 237 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya 19-27 mart 2025-ci il tarixləri arasında ölkənin 27 əyalətində kibercinayətlərə qarşı aparılan əməliyyatlar nəticəsində 237 şübhəlinin saxlanıldığını açıqlayıb.

Əməliyyat çərçivəsində 118 nəfər həbs edilib, 34 şübhəli barəsində məhkəmə nəzarəti tətbiq olunub. Digərləri ilə bağlı hüquqi proseslər isə davam etdirilir.

Nazirin məlumatına görə, saxlanılan şəxslər müxtəlif cinayət əməllərində, o cümlədən ixtisaslaşmış fırıldaqçılıq, qanunsuz mərc oyunlarının təşkili, internet vasitəsilə uşaq istismarı və informasiya sistemlərindən istifadə etməklə oğurluqda şübhəli bilinirlər.

Əməliyyatlar zamanı çox sayda mobil telefon, kompüter və digər rəqəmsal materiallar ələ keçirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice