Əsas səhifə » Türkiyə və Çili arasında iqtisadi münasibətlərdə yeni mərhələ

Türkiyə və Çili arasında iqtisadi münasibətlərdə yeni mərhələ

BAKI, AzerVoice

Türkiyə ilə Çili arasında iqtisadi əməkdaşlıq 27 ildən sonra yenidən gündəmdədir.

AzerVoice xəbər verir ki, Türkiyə və Çili arasında 2-ci Dövr Müştərək İqtisadi Komissiya (JEC) iclası 27 ildən sonra Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək və Çili Xarici İşlər Naziri Alberto van Klaverenin həmsədrliyi ilə Ankarada keçirilib.

Xəzinə və Maliyyə Nazirliyində baş tutan görüşdə iki ölkə arasında ticarət həcminin və qarşılıqlı investisiyaların artırılması, iqtisadi və maliyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə mühüm razılaşmalar əldə olunub.

Toplantının yekununda iqtisadiyyat, sənaye, müdafiə, kənd təsərrüfatı, enerji, mədəniyyət və digər sahələri əhatə edən “Türkiyə-Çili 2-ci Müddətli Birgə İqtisadi Komissiya Protokolu” imzalanıb.

Qeyd edək ki, bu görüş iki ölkə arasında son 27 ildə keçirilən ilk yüksək səviyyəli iqtisadi əməkdaşlıq tədbiri olmaqla yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice