Bakı, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzanini Prezident ofisində qəbul edib.
AzerVoice xəbər verir ki,mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.
İRAQDAN BƏYANAT
İraqdan verilən yazılı açıqlamada Bərzaninin Türkiyə, İraq və KRG
arasında əlaqələrin gücləndirilməsi ilə bağlı prezident Ərdoğan ilə
fikir mübadiləsi aparacağı, tərəflərin bölgədəki son hadisələri və
onları maraqlandıran müxtəlif məsələləri müzakirə edəcəyi
bildirilib.
İNKİŞAF YOLU LAYİHƏSİ
Prezident Ərdoğan və İraqın Baş naziri Sudaninin iştirakı ilə may
ayında baş tutan, İraq, Türkiyə, Qətər və BƏƏ arasında İnkişaf Yolu
Layihəsində əməkdaşlığa dair dördlü anlaşma memorandumu imzalanıb.
Sözügedən layihə yüksək sürətli yük və sərnişin daşımalarına uyğun
1176 kilometr uzunluğunda dəmir yolu və 1190 kilometr uzunluğunda
avtomobil yolunun tikintisini nəzərdə tutur. Bu yol Körfəz regionu
ilə Avropanı birləşdirəcək