Əsas səhifə » Türk ordusu altı terrorçunu zərərsizləşdirib

Türk ordusu altı terrorçunu zərərsizləşdirib

Bakı,AzerVoice

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Kara bölgəsində dörd PKK terrorçusu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə iki PKK/YPG terrorçusu zərərsizləşdirib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Kara bölgəsində müəyyən edilən dörd PKK, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə iki PKK/YPG terrorçusunu zərərsizləşdirib”,- deyə paylaşımda qeyd olunub.

Sonda əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice