Əsas səhifə » Böyük İstanbul Tuneli 2028-ci ildə tamamlanacaq

Böyük İstanbul Tuneli 2028-ci ildə tamamlanacaq

Bakı, AzerVoice

Böyük İstanbul Tuneli Layihəsinin yüzdə 25-i 2025-ci ildə, bütün layihə isə 2028-ci ildə tamamlanacaq.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Dəmir Yolları Həftəsi münasibətilə Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib.

Uraloğlu, Türkiyənin rifahını artırmaq, logistika sahəsində regional lider olmaq, dəmir yollarında yaşanan problemləri aradan qaldırmaq üçün iki əsas strategiya üzrə getdiklərini deyib.

Bu strategiyaların “Dəmiryolu Şəbəkəsinin İnkişafı Siyasəti” və “Dəmir Yolları Sərnişin və Yük Daşımaları Xidmətlərinin İnkişafı Siyasəti” başlıqları altında qruplaşdırıldığını bildirən Uraloğlu:

"Sürət qatar marşrutlarını və ənənəvi marşrutları inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçiririk.

Ölkədə sərnişin və yük daşımalarında dəmir yollarının payını artırmaq üçün sürət qatarlarından istifadəni 2053-cü ilə qədər artırmağı planlaşdırırıq.

Türkiyədə 2053-cü ilə qədər 8554 kilometr dəmir yolu marşrutunun, o cümlədən 6425 kilometr yüksək sürətli qatar marşrutunun tikintisi planlaşdırılır"- deyib.

Qeyd edək ki, Türkiyədə dəmir yollarının tarixi İngilis şirkətinə verilən imtiyazla 1856-cı ildə ilk dəmir yolu xəttinin, 130 kilometrlik İzmir-Aydın xəttinin inşası ilə başlayıb.

Hal hazırda ölkədəki dəmir yolu şəbəkəsi təxminən 14 min kilometrə çatır.

Digər Kateqoriyalar

2025 © Azervoice