Əsas səhifə » Türk ordusu 17 terrorçunu zərərsizləşdirib

Türk ordusu 17 terrorçunu zərərsizləşdirib

Bakı,AzerVoice

Türk Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında həyata keçirdikləri hava əməliyyatları nəticəsində səkkizi Kara, dördü Hakurk, beşi Kandil olmaqla ümumilikdə 17 terrorçu zərərsizləşdirilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MSB) X sosial media hesabında paylaşım edilib.

“Terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatları davam etdirəcəyik”,- deyə paylaşımda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice