Bakı,AzerVoice
Türkiyədə 49 şəhərdə narkotik tacirlərinə qarşı keçirilən Narkoçelik-35 əməliyyatlarında, 2 ton 428 kq narkotik maddə ələ keçirilib, 336 şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında həyata keçirilən əməliyyatlarda 832 qrup, 2 min 81 şəxsi heyət, 10 təyyarə və 39 narkotik axtarış iti iştirak edib.
"Ölkəmizi zəhər tacirlərindən və küçə alverçilərindən təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm",- deyə paylaşımda qeyd olunub.
4️⃣9️⃣ İlde Zehir Tacirlerinin Yerel Suç Örgütlerine, Uyuşturucu Madde İmalatçılarına yönelik düzenlenen “NARKOÇELİK-35” operasyonlarında;
— Ali Yerlikaya (@AliYerlikaya) August 27, 2024
2️⃣ Ton 4️⃣2️⃣8️⃣ Kg Uyuşturucu Madde,
8️⃣8️⃣8️⃣ Bin 9️⃣2️⃣3️⃣ adet Uyuşturucu Hap ele geçirildi❗
3️⃣3️⃣6️⃣ Zehir Taciri ve Sokak Satıcısı yakalandı.… pic.twitter.com/2AwaeEGYa1