Əsas səhifə » Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat keçirilib

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat keçirilib

Bakı, AzerVoice

Türkiyənin 18 şəhərində narkotik istehsalçılarına və satıcılarına qarşı həyata keçirilən “Narkoçelik-33” əməliyyatlarında 1 ton 521 kq narkotik vasitə ələ keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

18 şəhərdə keçirilən “Narkoçelik-33” əməliyyatlarında 1 ton 521 kq narkotik maddə, 11 milyon 936 min 886 ədəd sirr kökü və skunk kökü, 4 min 544 ədəd isə narkotik həb ələ keçirilib.

Saxlanılan 63 narkotik alverçisindən 46-sı həbs olunarkən, biri barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərlərinin isə məhkəmə işi davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice