Bakı, AzerVoice
Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb.
AzerVoice türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusun bəzi əlamətləri aşkarlanıb.
Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlara yaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir.
Xatırladaq ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
Bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınmışdı.