Əsas səhifə » 2023-cü ildə İstanbul boğazından 416 milyon ton yük daşınıb

2023-cü ildə İstanbul boğazından 416 milyon ton yük daşınıb

Bakı, AzerVoice

Dənizdə daha təhlükəsiz və tamamilə milli Türkiyə qururuq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri mətbuat nümayəndələrini verdiyi açıqlamada deyib.

Yeni nəsil yerli yedək gəmiləri, avadanlıqları və sistemləri sayəsində daha təhlükəsiz dəniz nəqliyyatı təmin etdiklərini və bu sahədəki donanmaları milliləşdirdiklərini ifadə edən Uraloğlu, "Dənizdə daha təhlükəsiz və tamamilə milli Türkiyə qururuq." deyib.

İstanbul və Çanaqqala boğazlarında qurulan gəmi trafiki xidmət mərkəzlərinin Türkiyə boğazlarında sıx gəmi trafikini idarə etdiyini bildirən Uraloğlu, “Məlum olduğu kimi, Türk boğazları xüsusilə Qara dəniz və Aralıq dənizi iqtisadi hövzələri başda olmaqla bütün dünya üçün əhəmiyyətli su yollarından və enerji keçid dəhlizlərindən biridir.",-deyə qeyd edib.

"2023-cü ildə ümumilikdə 39 min gəmi hərəkəti ilə Boğaziçidə 416 milyon ton yük daşınıb və bu yüklərin təxminən 165 milyon tonu neft də daxil olmaqla təhlükəli yüklər olub. Bu təhlükəli yükləri daşıyan 9300 tankerdən 2 mini hündürlüyü 200 metr və ya daha böyük bir dəfəlik bir milyon bareldən çox xam neft daşıyan gəmilərdir. 2023-cü ildə Çanaqqala boğazında da ümumi 44 min 892 gəmi hərəkəti həyata keçirilib və 550 milyon ton yük daşınıb. Bu boğazda təhlükəli yüklərin ümumi həcmi 185 milyon ton olub”,- deyə Uraloğlu əlavə edib.

Nazir Uraloğlu, Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinin daim inkişaf edən texnologiya ilə ayaqlaşdığını və vəzifə və öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirmək üçün donanmasını gücləndirməyə davam etdiyini söylədi.

Digər Kateqoriyalar

2025 © Azervoice