88
Bakı. AzerVoice:
TCG Nusret Muzey Gəmisi Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) ziyarətçilərin istifadəsinə veriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Qüvvələri Komandanlığı açıqlama verib.
Açıqlamaya görə, Girne limanını ziyarət edəcək TCG Nusret Muzey Gəmisinə 10 - 11 may tarixində saat 9.30-12.30 və 13.30-17.30 saatları arasında ziyarət edilə bilər.
Xatırladaq ki, TCG Nusret Muzey Gəmisi Çanaqqala Dəniz Döyüşünün mühüm elementlərindən biri olan Nusret Mina Gəmisinin xatirəsini yaşatmaq üçün 2011-ci ildə dizayn edilərək istifadəyə verilib.
Hafiz Rufizoğlu