Əsas səhifə » Ərdoğan Özgür Özəli məhkəməyə verib

Ərdoğan Özgür Özəli məhkəməyə verib

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı nalayiq sözlər işlətdiyinə görə CHP sədri Özgür Özələ qarşı 500 min lirə məbləğində təzminat iddiası qaldırılıb.

AzerVoice xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında etdiyi paylaşım edib.

"CHP sədri Özgür Özəlin fövqəladə qurultayda cənab Prezidentimizi hədəf alan əsassız ittihamları və təhqiramiz ifadələrinə görə Ankara Asliye Mülki Məhkəməsində 500 min lirəlik mənəvi təzminat iddiası qaldırılıb. Eyni zamanda, Prezidentə təhqir ittihamı ilə Ankara Baş Prokurorluğuna cinayət şikayəti verilmişdir"- deyə paylaşımda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice