16
BAKI,AzerVoice
İstanbul Sabiha Gökçen Hava Limanı Ramazan Bayramı tətilinin son günü 6 Apreldə beş fərqli kateqoriyada rekord qırıb.
AzerVoice xəbər verir ki, hava limanının rəsmi sosial media hesabında verilən məlumata görə, həmin gün ümumilikdə 141 min 931 sərnişinə xidmət göstərilib.
Xarici xətlərdə ümumi sərnişin sayı 82 min 498 nəfərə çatıb. Xarici uçuşlarla gələn sərnişin sayı isə 41 min 959 nəfər olub.
Bazar günü xarici xətlər üzrə ümumilikdə 458 reys həyata keçirilib ki, onların da 236-sı çıxış istiqamətli olub.
Beləliklə, Sabiha Gökçen Hava Limanı gündəlik sərnişin sayı, xarici sərnişin sayı, xaricdən gələn sərnişin, çıxış uçuşları və ümumi reys sayı üzrə yeni rekordlara imza atıb.