BAKI, AzerVoice
2025-ci ilin mart ayında Türkiyədə baş verən ümumi qəza sayı 50 min 235 olub.
Bu barədə AzerVoice-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, mart ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 44 min 53, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 182 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 20 min 735, vəfat edənlərin sayı isə 143 nəfər təşkil edib” – deyə idarədən bildirilib.
Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 148 min 39 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 129 min 558, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 18 min 481 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 56 min 474, vəfat edənlərin sayı isə 481 nəfər təşkil edib.