BAKI, AzerVoice
Türkiyə TIME- jurnalının "Dünyanın Ən Möhtəşəm Yerləri 2025" siyahısındadır
AzerVoice xəbər verir ki, TIME jurnalı
2025-ci il üçün "Dünyanın Ən Möhtəşəm Yerləri" siyahısını
açıqlayıb.
Siyahıya dünyanın ən diqqətçəkən 100 səyahət, qastronomiya,
mədəniyyət və innovasiya sahəsində önə çıxan destinasiya daxil
olub.
Türkiyə bu prestijli siyahıya Maxx Royal Bodrum oteli ilə daxil
olub. Otel, dəbdəbəli yerləşdirmə imkanlarına əlavə olaraq,
davamlılıq vizyonu və unikal arxitekturası ilə ön plana çıxıb.
Siyahıda, həmçinin Peru paytaxtı Limadakı AWA restoranı və Zimbabvedəki Mbano Manor Hotel də yer alıb. Arizona əyalətindəki Flagstaff bölgəsi isə, səma həvəskarları üçün Louell Rəsədxanası ilə xüsusi bir təcrübə təqdim edir.
Qeyd edək ki, TIME-ın siyahısı, təbii gözəllikləri və mədəni turizm təcrübələrini birləşdirən istiqamətləri vurğulayan beynəlxalq bir göstəricidir.