BAKI, AzerVoice
İstanbulda minlərlə insan Qəzzada baş verən hadisələrə etiraz edərək, İsrailə qarşı etiraz aksiyası nümayiş etdirib.
AzerVoice xəbər verir ki, İslam
Həmrəyliyi Platformasının təşəbbüsü ilə təşkil olunan etiraz
aksiyasında minlərlə insan İsrailin Qəzza üçün bir araya gəlib.
Leventdəki Barbaros Məscidində günorta namazından sonra başlayan
yürüşdə iştirakçılar İsrailin konsulluğu qarşısına qədər
irəliləyiblər.
Özgür-Der sədri Rıdvan Kaya bildirib ki, İsrail Ramazan ayında Qəzzada çadırları, xəstəxanaları və məktəbləri hədəfə alır və müsəlmanlar bu zülm qarşısında hərəkətsiz qalmağın ağrısını yaşayırlar.
Fələstin Alimlər Şurasının rəhbəri Nəvvaf Təkruri isə bildirib ki, ümmətin Qəzzəyə göstərdiyi güclü dəstək düşmən tərəfində ciddi narahatlıq yaradıb. Onun sözlərinə görə, bu duruş həm ümmətin cəsarətini, həm də dini liderlərin əzmkar mövqeyini nümayiş etdirir.
Etiraz aksiyasında iştirak edən tibb tələbələri də bildirib ki, Qəzzada çalışan həkimlər insanlıq dərsini dünyaya bir daha xatırladıblar. “Qəzzadakı həkimlər qeyri-mümkün şəraitdə insan həyatını xilas etməyə çalışır. Onlar azad edilənə qədər etirazlarımız davam edəcək” - deyə onlar bildiriblər.
Qeyd edək ki, Qəzzada atəşkəsi pozan İsrail son günlərdə bölgəyə təzyiqlərini artıraraq, hücumlarını daha da şiddətləndirib. Bu səbəbdən dünyanın bir çox yerində etirazlar təşkil olunur.