Əsas səhifə » Antalyada onlarla miqrant xilas edilib

Antalyada onlarla miqrant xilas edilib

BAKI, AzerVoice

Türkiyənin Antalya vilayətində qeyri-qanuni miqrantlar xilas edilib.

AzerVoice xəbər verir ki, Antalyada Sahil Mühafizə qüvvələrinin qanunsuz miqrant qaçaqmalçılığına qarşı keçirdiyi əməliyyat çərçivəsində 3 qayıqdan 25-i uşaq olmaqla 80 miqrant xilas edilib.

Xilas edilən miqrantlardan birinin pişiyi ilə birlikdə Avropaya getmək istədiyi, lakin qayıqlarının yunan qüvvələri tərəfindən geri itələndiyi bildirilib.

Antalyanın Kaş rayonunda isə, aparılan əməliyyatlarda 2 qayıqda 12-si uşaq olmaqla ümumilikdə 42 qanunsuz miqrant xilas edilib.

Bundan əlavə, dəniz sahilində yarıbatmış vəziyyətdə miqrant qayığı dayandırılıb. Yarısına qədər su ilə dolmuş bu qayıqda 13-ü uşaq olmaqla 38 qanunsuz miqrant xilas edilib. Ərazidə aparılan axtarış zamanı bir nəfərin meyidi tapılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice