Əsas səhifə » Türkiyə və Gürcüstan ikitərəfli əlaqələri müzakirə ediblər

Türkiyə və Gürcüstan ikitərəfli əlaqələri müzakirə ediblər

BAKI, AzerVoice

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın (PAB) 150-ci Baş Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

“Türkiyə ilə Gürcüstan arasında mövcud olan yaxın münasibətlərin və strateji tərəfdaşlıq əsasında qurulmuş dostluq əlaqələrinin hər keçən gün daha da inkişaf etməsindən böyük məmnuniyyət duyuruq”, - deyə o bildirib.

Görüşdə həmçinin parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri də müzakirə olunub. İki ölkə yaxın zamanda sədrlər səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.

Digər Kateqoriyalar

2025 © Azervoice