35
BAKI, AzerVoice
Türkiyənin Antalya vəlayətində 4,1 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat verib.
Məlumata əsasən, zəlzələ Antalyanın Kumluca rayonunda yerli vaxtla saat 16:52-də baş verib. Zəlzələnin episentri Kumluca rayonundan təxminən 42 kilometr məsafədə yerləşən ərazidə qeydə alınıb.
Zəlzələnin 24,21 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.