Əsas səhifə » Sabiha Gökçen hava limanı bayramda rekord qırıb

Sabiha Gökçen hava limanı bayramda rekord qırıb

BAKI, AzerVoice

İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı sərnişin daşıma və uçuş sayında bütün zamanların rekordunu qırıb.

AzerVoice xəbər verir ki, hava limanının açıqlamasına görə, martın 29-da ISG-nin daxili xətlərdə 65 min 864, beynəlxalq xətlərdə isə 75 min 296 sərnişin olmaqla, ümumilikdə 141 min 160 sərnişinə xidmət göstərib.

Bu rəqəm hava limanının indiyədək qeydə alınmış ən yüksək göstəricisidir.

Həmin gün, həmçinin, daxili xətlərdə 344, beynəlxalq xətlərdə isə 433 reys olmaqla, ümumilikdə 777 uçuş həyata keçirilib. Bu da hava limanının tarixində ən çox uçuşun baş verdiyi gün kimi qeydə alınıb. Əvvəlki rekord göstəricilər 134 min 289 sərnişin və 740 uçuş olub.

Qeyd edək ki, İstanbulun Sabiha Gökçen hava limanı Türkiyənin ən işlək hava nəqliyyatı mərkəzlərindən biri hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice