Əsas səhifə » Prezidentimiz Fələstin azad olana qədər Fələstinin yanında olacaq - Fahrettin Altun

Prezidentimiz Fələstin azad olana qədər Fələstinin yanında olacaq - Fahrettin Altun

BAKI, AzerVoice

Əgər İsrail rəsmiləri prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı böhtan, təzyiq və təhdidlərlə qorxuda biləcəklərini düşünürlərsə, onlara pis xəbərimiz var: Fələstin azad olana qədər prezidentimiz Fələstinin yanında olacaq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabından İsrailin xarici işlər naziri Saarın açıqlamasında bildirib.

"İsrail dövlət rəsmiləri sionist zülm və böhtanlara qarşı cəsarətli mövqeyinə görə prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana hücum etməyi vərdiş halına salıblar. “Sözügedən insanlar saysız-hesabsız günahsız dinc sakinlərə qarşı törətdikləri ağlasığmaz terror aktlarından və soyqırımlarından utanmırlar." - deyə Altun vurğulayıb.

Altun açıqlamasına "İsrail xarici işlər nazirinin son açıqlamalarını təəssüflə pisləyirik. Öz iyrənc “həsbərini” özündə saxlamalıdır. Onun kimi yalançılara qarşı durmaqdan qorxmuruq və heç vaxt çəkinməyəcəyik. İsrailin təbliğat maşını onun soyqırım siyasətini tənqid edən hər kəsi antisemitizmdə ittiham edir. Onlar Fələstində etnik təmizləmə cəhdlərini təqdim etmək və onlara razılıq vermək üçün Qərb mediasını qorxudurlar. Bu cəhdlər müəyyən qədər uğurlu ola bilər, lakin beynəlxalq ictimaiyyət həqiqəti yaxşı bilir." - deyə Altun ifadə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice