BAKI,AzerVoice
Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Səhiyyə Nazirliyi, İskele şəhərində konsert zamanı səhnədə halı pisləşən müğənni Volkan Konakın bütün tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, KKTC Səhiyyə Nazirliyi konsert zamanı səhhəti pisləşən və xəstəxanaya aparılan Konak haqqında rəsmi yazılı açıqlama yayıb.
"Bu gecə qəfil səhhətinin pisləşməsi səbəbindən saat 00:17-də Qazimağusa Dövlət Xəstəxanasına gətirilən sənətçi Volkan Konak, saat 00:42-də bütün müdaxilələrə baxmayaraq təəssüf ki, həyatını itirmişdir. Ətraflı açıqlama Mağusa Dövlət Xəstəxanasının Baş Həkimliyi tərəfindən yazılı şəkildə veriləcək",- deyə bildirilib
İskele şəhərindəki bir oteldə səhnə alan Volkan Konak konsert zamanı halı pisləşərək yıxılıb.
İlk tibbi yardımı konserti izləyənlər edib, daha sonra təcili yardım çağırılaraq Konak Qazimağusa Dövlət Xəstəxanasına aparılıb.